Ümumdünya Şahmat Olimpiadasının oyunları keçiriləcək

23 Avqust 2020 14:08

Xəbər 1160 dəfə oxunub

Ümumdünya Şahmat Olimpiadasının top divizionunda bu gün son turların oyunları keçiriləcək.Azərtac xəbər verir ki, top divizionun B turnirində mübarizə aparan Azərbaycan komandası üçün bu oyunlar həlledici xarakter daşıyacaq. Belə ki, yarışa qələbə ilə start verən yığmamız, ardıcıl olaraq Niderland, Macarıstan və Cənubi Afrika Respublikasının komandalarını məğlub edib liderliyi ələ alsa da, sonrakı oyunlarda o qədər də yaxşı nəticə göstərməyib. Belə ki, şahmatçılarımız dünən keçirilmiş 3 oyunun cəmi birində (Slovakiya -5:1) qələbə qazanıb. Ukrayna və Qazaxıstan komandalarına 2,5:3,5 hesabı ilə məğlub olan şahmatçılarımız, nəticədə beşinci sırada qərarlaşıblar.Bu qrupda Macarıstan komandası liderlik edir. Ümumiyyətlə, top divizionda B qrupu ən balanslı hesab olunurdu. Məsələn, əvvəldən də Fransa, Norveç və Cənubi Afrikanın pley-offa çıxmayacağı aydın idi. Amma Macarıstanın ən yüksək nəticə əldə etməsi, təbii ki, sürpriz hesab olunur. Bu komandanın ən maraqlı oyunlarından biri 4-cü turda Ukrayna şahmatçıları ilə olub. Ukraynanın komandamız üzərində 4:2 qələbəsindən sonra onun liderliyə gedən yolunu kəsən macarlar, sonrakı görüşdə Slovakiyanı (4:2) da məğlub etməklə birinci yeri tutublar.Qazaxıstan və İspaniya cədvəlin alt-üst olması üçün əllərindən gələni ediblər. Belə ki, hər iki komanda dünənki bütün matçlarda qalib gələrək, Azərbaycan komandasını beşinci yerə sıxışdırıblar.Düzdür, oyunlar davam edir və ilk sıralarda yer tutan ən azı beş komanda – Macarıstan (10 xal), Ukrayna, Qazaxıstan, İspaniya (hərəyə 9 xal), Azərbaycan (8 xal) yenə də növbəti mərhələyə yüksəlmək və ya hətta birinci yeri tutmaq şansına sahibdir.Digər qrupların oyunlarına gəldikdə Çin (12 xal), Hindistan (11 xal), Almaniya (9 xal) A, Rusiya (12 xal), Ermənistan (10 xal), Rumıniya (8 xal) C, ABŞ (8 xal), Yunanıstan (7 xal), Polşa (6 xal) D qrupunda ilk 3 yerdə qərarlaşıb.Bu gün komandamız son turlarda İspaniya, Norveç və Fransa yığmaları ilə mübarizə aparacaq.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02