Ümumdünya Şahmat Olimpiadasının baza divizionunda birinci günün yarışları keçirilib.Azərtac FIDE-nin saytına istinadla xəbər verir ki, yarışda A, B və C qruplarının hər birində 10 komanda olmaqla, ümumilikdə 30 komanda mübarizə aparıb. Sürətli şahmat üzrə keçirilən yarışın A qrupunda Myanma, B qrupunda Livan, C qrupunda isə Kipr komandaları 6 xalla liderlik edirlər. Bu gün ikinci günün yarışları keçiriləcək.Seçmə yarışlarda hər qrupdan dörd komanda növbəti mərhələyə – 4-cü diviziona vəsiqə qazanacaq. Üç gün davam edəcək seçmə yarışların növbəti mərhələsi iyulun 29-dan 31-dək keçiriləcək.Turnirə ümumilikdə 163 komanda qatılıb. Ən güclü komandalar, o cümlədən Azərbaycan şahmatçıları top divizionda mübarizə aparacaqlar. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Olimpiada avqustun 30-dək davam edəcək.Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada Batumidə təşkil olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…