Stokholmda ənənəvi Ümumdünya su həftəsinə start verilib. BMT-nin saytında qeyd olunub ki, bu il həftə “davamlı inkişaf üçün su” mövzusuna həsr olunub. Mütəxəssislərin hesablamalarına görə, bu gün dünya əhalisinin təxminən üçdəbir hissəsi içməli su problemi ilə üzləşib. Eyni zamanda, suya tələbatın artması inkişaf edən və inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur. Su həftəsinin iştirakçıları – dünyanın müxtəlif ölkələrindən ekspertlər, siyasətçilər, biznes liderləri, yeni texnologiyaların müəllifləri və gənc peşəkarlar Stokholmda su ilə bağlı problemlərin həlli üçün yeni yanaşmaların tapılması, ideya və fikir mübadiləsi üçün toplaşırlar. Xatırladaq ki, Stokholm Su Mükafatı Fondu 1990-cı ildə yaradılıb. Mükafat 1991-ci ildən dünya su ehtiyatlarının qorunmasına, insanların həyatına və ekosistemə verdiyi töhfəyə görə hər il elm ocaqlarına, təşkilatlara, müəssisələrə verilir. Ötən il keçirilən Ümumdünya su həftəsində 130 ölkədən 3 min 300-dən çox nümayəndə iştirak edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…