Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə…

29 Sentyabr 2017 15:23

Xəbər 945 dəfə oxunub

1999-cu ildən Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə Ümumdünya Ürək Günü keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı, YUNESKO və digər beynəlxalq təşkilatlar da həmin təşəbbüsə tərəfdar çıxıblar.Azərtac xəbər verir ki, 2011-ci ildən hər il sentyabrın 29-da Ümumdünya Ürək Günü dünyanın 100-dən çox ölkəsində qeyd edilir.Ürək bütün orqanizmin işini təmin edən, onun sağlamlığı və normal fəaliyyəti üçün çox vacib orqandır. Həmin gün ürək-damar xəstəliklərinin epidemiyası təhlükəsini ictimaiyyətə çatdırmaq və məlumatlandırmaq, bu sahədə profilaktika işlərini genişləndirmək məqsədilə keçirilir.Hazırda bütün dünyada insan orqanizminə çox böyük zərbə vuran işemik xəstəliklər, baş beyin insultları və infarktlar son dərəcə geniş yayılıb. Ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəbi olaraq qalır. Hər il dünyada 15 milyon nəfərdən çox sakin ürək-damar xəstəliklərindən vəfat edir.Xəstəliyin əsas səbəbi yüksək təzyiq, qanda xolesterin və qlükozanın səviyyəsinin enib-qalxması, qidalanma zamanı təbii mənşəli vitaminlərdən azlığı, piylənmə və digər səbəblərdir.Hər il Ümumdünya Ürək Günü çərçivəsində “Həyat üçün ürək” şüarı altında keçirilən tədbirlər ürəyin sağlamlığı ilə əlaqədar müəyyən mövzuya həsr edilir. Ürək Günü ilə əlaqədar keçirilən tədbirlərin proqramına kütləvi sağlamlıq yoxlamaları, ictimai mühazirələr, tamaşalar, elmi forumlar, sərgilər, konsertlər, gəzintilər və idman yarışları daxildir.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05