Rusiyada bəzi dövlət qurumlarının erməni lobbisinin təsiri altına düşməsi bu ölkənin nüfuzuna kölgə salır.Bu fikri Türkiyədə fəaliyyət göstərən Yeni Azərbaycan Yardımlaşma və Kültür Dərnəyinin sədri, BMT-nin sülh səfiri, professor Əflatun Nemətzadə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi barədə qərarla bağlı Azərtac-ın xüsusi müxbirinə müsahibəsində deyib.O bildirib ki, Azərbaycanda yaşayan və ölkəmizə səfərə gələn ruslar həmişə burada özlərini rahat və təhlükəsiz hiss edirlər. Rusların Azərbaycanda öz ana dilində təhsil almaları, milli adət-ənənələrini yaşatmaları üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülüb.Ə.Nemətzadə bildirib ki, hələ sovet dövründə Rusiyadakı erməni lobbiçiləri azərbaycanlılara qarşı fitnə-fəsadlar törədirdilər. Xeyirxah, sülhməramlı missiya həyata keçirən ÜAK-ın qeydiyyatının ləğvi barədə qərar Moskvadakı erməni lobbisinin növbəti fitnəsidir. O əmin olduğunu bildirib ki, Rusiya rəhbərliyi, eləcə də ölkənin geniş ictimaiyyəti bu qərara biganə qalmayacaq. Rusiya-Azərbaycan münasibətləri çox qədim köklərə malikdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…