Ölkəmizin ümumtəhsil məktəblərində “son zəng” çalındı. Təhsil Nazirliyindən bildiriblər ki, 2015-2016-cı tədris ilində respublikanın ümumi təhsil məktəblərinin IX siniflərini 110 min 222, XI siniflərini 88 min 591 nəfər şagird bitirib.Paytaxtın ümumi təhsil müəssisələrində bu il IX sinif üzrə 26 min 614, XI sinif üzrə isə 20 min 52 şagird məzun olub. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli qərarı ilə “Ümumi təhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumi təhsil məktəblərində dərs məşğələləri iyunun 14-də başa çatıb. “Son zəng” tədbiri haqqında təhsil nazirinin əmrinə əsasən, respublikanın ümumi təhsil məktəblərində “son zəng” tədbirləri keçirilib. Hər il olduğu kimi, bu il də “son zəng” tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla, bilavasitə ümumi təhsil məktəblərində təşkil edilir. “Son zəng” tədbirlərində valideyn komitələrinin, valideyn-müəllim assosiasiyalarının və ictimaiyyətin nümayəndələri də iştirak ediblər.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…