İndi Unibank-ın fasebook istifadəçiləri saniyə ərzində bankın məhsul və xidmətlərindən xəbər tuta biləcəklər. Bunun üçün sizi maraqlandıran məhsul və xidmətlə bağlı onlayn məsləhətçiyə sorğu yazmağa da ehtiyac yoxdur. Bankdan Trend-ə verilən məlumata görə, sadəcə Unibank facebook səhifəsinin şəxsi mesaj bölümünə haştaq işarəsi ilə istədiyiniz məhsul və ya xidmətin qısa adını yazırsınız, dərhal o məhsulla bağlı cavab sizə gəlir. Məsələn #kredit, #depozit yazaraq, ən qısa müddətdə Unibankın kredit və yaxud depozit məhsulları haqda məlumat ala bilərsiniz. Bankda günün valyuta məzənnəsindən isə #valyuta yazmaqla xəbərdar ola bilərsiniz. Unibankın facebook səhifəsi ən çox iştirakçısı olan və aktiv bank səhifələrindən biridir. Hazırda səhifə istifadəçilərinin sayı 285 min nəfəri keçib. Müştəri məmnuniyyətini öz fəaliyyətində əsas prioritetlərindən hesab edən Unibank, müştərilərlə kommunikasiyanı gücləndirmək üçün sosial şəbəkələri əsas vasitələrdən biri hesab edir. Hər kəs Unibankın facebook səhifəsinə daxil olmaqla, bankın mövcud kampaniyaları, məhsul və xidmətləri haqqında istədiyi suala cavab ala bilər. Bir müddət əvvəl bankın səhifəsi Facebook tərəfindən də müştəriyönümlü kimi qiymətləndirilmişdi. Məhz düzgün kommunikasiya sayəsində bankın facebook səhifəsi dəfələrlə beynəlxalq Socialbakers xidməti tərəfindən də “Ən sosialyönümlü səhifə” nominasiyasının qalibi olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…