“İran müxtəlif etnik qruplar üçün qardaşlıq və birlik ölkəsidir”. Bunu İran prezidenti Həsən Ruhani mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan vilayətinə səfəri zamanı deyib. O bildirib ki, İrandakı Azərbaycan vilayətləri, xüsusilə qərbi Azərbaycan vilayəti müsəlman və qeyri-müsəlmanların, şiə və sünnilərin, türk və kürdlərin sülh şəraitində birgə yaşamasının simvoludur: “Bu vilayət Türkiyə, İraq və Azərbaycanla 967 km sərhədə malikdir, bura İranın regiondakı ölkələrə ixracının əsas terminalı olmalıdır”. İran prezidenti Urmiya gölünün quruması və xilası prosesindən də danışıb: “Seçki kampaniyasında söz vermişdim ki, mənim hökumətim Urmiya gölünün xilası üçün işlərə başlayacaq. Mən sözümü yerinə yetirdim. İndi həyata keçirilən layihələr, səylər və insanların köməyi ilə Urmiya gölündə 10 sm su artımı müşahidə olunur”. İran prezidenti bildirib ki, hazırkı səylər effektli olmasaydı, göl 4 ildən sonra bataqlığa çevrilə bilərdi.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…