1 oktyabr 2018-ci il üçün URS – “Grand chess tour” və Kasparov Fondu tərəfindən təsis edilmiş universal reytinq dərc edilib. Bu reytinqdə klassik şahmat, rapid və blits üzrə bütün yarışlarda çıxışların nəticələri nəzərə alınır.Azərtac xəbər verir ki, reytinq əmsalı 2796 olan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov dünya üzrə ilk onluqda 4-cü yerdədir. İlk onluqda birinci 3 yeri Norveç nümayəndəsi Maqnus Karlsen (2864), Amerika təmsilçisi Hikaru Nakamura (2809) və fransız Maksim Vaşye-Laqrav (2800) tutur.Azərbaycan şahmatçılarından daha 5 nəfər dünya üzrə ilk yüzlüyə daxildir – Teymur Rəcəbov (2748) – 19-cu, Rauf Məmmədov (2728) – 28-ci, Qədir Hüseynov (2712) – 41-ci, Eltac Səfərli (2701) – 48-ci və Arkadi Naydiç (2692) – 59-cu yerdədir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…