ABŞ-da dərc olunan “US News and World Report” jurnalı maraqlı tədqiqat keçirərək iqtisadi, siyasi və hərbi baxımdan ən güclü dövlətlərin siyahısını tərtib edib və bu siyahıda İran 13-cü yeri tutub.Azərtac xəbər verir ki, Asiya və Avropa dövlətləri arasında İranın 13-cü olması onun uzun illər iqtisadi sanksiyalara məruz qalması ilə əlaqədardır. Sanksiyalar olmasaydı İran daha yüksək yerdə qərarlaşa bilərdi. Buna baxmayaraq İranın 100 dövlət arasında 13-cü olması yüksək göstərici hesab olunur.Siyahının ilk beşliyində ABŞ, Rusiya, Çin, Almaniya və Böyük Britaniya yer alıb. Bu dövlətlər iqtisadi və hərbi potensialları ilə qlobal siyasi proseslərə təsir etmək, həmin prosesləri istiqamətləndirmək imkanına malikdir.Türkiyə, Hindistan, Avstriya, İtaliya, Qətər, Niderland, Pakistan, İspaniya, və Misir siyahıda ilk onluğa daxildir. Bu dövlətlər son illərdə iqtisadi inkişafa qədəm qoyublar ki, bu da onların hərbi gücünün artmasına və dünya siyasətində iştirak etməsinə imkan yaradıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…