Sentyabrın 10-da “US Open” turnirinin final oyunu keçirilib.Azərtac xəbər verir ki, Nyu-Yorkda keçirilən kişilər arasında tennis üzrə nüfuzlu turnirlərdən olan “US Open” turnirinin həlledici görüşündə argentinalı Xuan Martin del Potro (Argentina) və Novak Cokoviç (Serbiya) üz-üzə gəliblər. Görüş üç saat iyirmi bir dəqiqə davam edib.İlk setdə daha üstün oyun nümayiş etdirən serbiyalı tennisçi qalib gəlib (6:3). İkinci set daha gərgin keçərək “tay breyk”ə qədər uzanıb və yenidən Novak Cokoviçin qələbəsi ilə yekunlaşıb (7:6). Üçüncü setdə bütün gücünü ortaya qoyan Novak rəqibinə heç bir şans verməyib (6:3). Beləliklə, serbiyalı idmançı üçüncü dəfə “US Open” turnirinin qalibi olub. “Böyük dəbilqə” seriyasında isə 14-cü titulu olub.Novak Cokoviç “US Open” turnirinin yarımfinal mərhələsində Yaponiya idmançısı Key Nişikorini (6:3, 6:4, 6:2), Xuan Martin del Potro isə həmin mərhələdə Rafael Nadali məğlub edib – 7:3, 6:2. Görüş Rafael Nadalın ikinci setdə zədələnməsi ilə əlaqədar hakim tərəfindən dayandırılıb.Xatırladaq ki, Novak Cokoviç “Böyük dəbilqə” seriyalı tennis turnirini qazanan ilk serb tennisçi kimi tarixə düşüb. Onun ilk dəfə “Böyük dəbilqə” seriyasında iştirakı 2005-ci ilə təsadüf edir. İlk debüt çıxışında Novak Cokoviç həmin il turnirin qalibi Marat Safina uduzub – 6:0, 6:2, 6:1. İdmançının ilk uğuru 2006-cı ildə Zaqrebdə keçirilən turnirdə yarımfinala yüksəlməsi olub. 2008-ci ildə Novak finalda oynamaq hüququ qazanıb. O, yarımfinalda Rojer Federeri üç setə məğlub edib. Finalda fransalı tennisçi Jo-Ulfrid Tsonqanı məğlub edərək karyerasında ilk dəfə “Böyük dəbilqə” seriyası turnirinin qalibi adını qazanıb. Ümumilikdə isə serbiyalı idmançı 14 dəfə “Böyük dəbilqə” seriyası turnirində rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Xuan Martin del Potro final mərhələsində qalib gəlsə idi, karyerasında ikinci dəfə “Böyük dəbilqə” seriyasında qalib adı qazanacaq idi. Onun karyerasında ən böyük uğuru 2009-cu ildə təsadüf edir. O, həmin il “Böyük dəbilqə” seriyasında yarımfinalda Rafayel Nadali, finalda isə Rojer Federeri məğlub edərək turnirin qalibi adını qazanıb. Xuan Martin del Potro “Böyük dəbilqə” seriyasında qalib gələn ikinci argentinalı kimi tarixə düşüb. Bu titulu ilk dəfə 1977-ci ildə həmyerlisi Qilyermo Vilas qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…