Azərbaycan Üzgüçülük Federasiyasının xətti ilə regionlarda olimpiya komplekslərində çalışan üzgüçülük üzrə məşqçilərə hakimlik seminarı keçirilib.Üzgüçülük Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, seminarın məqsədi beynəlxalq hakimliyin qaydalarını izah etməkdir. Belə ki, həmin məşqçilər də yerlərdə o qaydalara uyğun olaraq idmançılarını hazırlasınlar. Mingəçevir şəhər Kür Olimpiya İdman Tədris Kompleksində təşkil olunan seminarda 50-yə yaxın məşqçi iştirak edib.Təlimlər nəzəri və praktiki hissədən ibarət olub.Seminarın təlimçisi Azərbaycan üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov təlimlərin yaxın zamanlarda ölkəmizdə keçiriləcək böyük üzgüçülük yarışlarının təşkilində rolu olacağını vurğulayıb: “Yaxın vaxtlarda Azərbaycanın bütün bölgələrini əhatə edəcək “Üzgüçülük hamı üçün” adlı yeni, böyük bir idman layihə işə düşəcək. Layihəyə uyğun olaraq bütün regionlarda eyni vaxtda, eyni zamanda, üzgüçülük yarışlarının başlanması və canlı olaraq yayımlanması nəzərdə tutulur. Bu səbəbdən də bölgələrdə çalışan məşqçıləri bir yerə toplayaraq yarış haqqında ümumi məlumat verdik və yarışın keçirilməsi, beynəlxalq hakimliyin qaydaları barədə təlim keçdik. Ümidvarıq ki, gənclər və idman Naziri Fərid Qayıbovun təşəbbüsü olan “Üzgüçülük hamı üçün” adlı layihənin yarışları start götürənədək məşqçilər yerlərdə öz idmançılarını bu böyük layihəyə hazırlaya biləcəklər və bu layihə Azərbaycanda üzgüçülüyün inkişafına böyük təkan verəcək”, – deyə R.Əbdürrəhmanov əlavə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…