Üzgüçülük üzrə açıq ölkə çempionatı keçirilib

26 Noyabr 2017 20:58

Xəbər 1118 dəfə oxunub

Noyabrın 24-26-da Azərbaycanda üzgüçülük üzrə açıq ölkə çempionatı keçirilib. Turnirdə 120 üzgüçü iştirak edib.Üzgüçülük üzrə milli komandamızın baş məşqçisi Rəşad Əbdürrəhmanov Azərtac-a müsahibəsində deyib: “Bu yarışın təşkil edilməsindən əvvəl planlarımız var idi və sevinirəm ki, onları həyata keçirə bildik. Turnirin keçirilməsində əsas məqsəd Azərbaycanda üzgüçülüyü xüsusən uşaqlar arasında təbliğ etmək, ölkədə bu idman növünün inkişafını dünya səviyyəsinə çatdırmaqdır. Bunun üçün məşqçilərin də peşəkar olması vacibdir. Bütün bunları nəzərə alaraq yarışlar çərçivəsində üzgüçülük üzrə məşqçilər üçün ikinci beynəlxalq seminar da təşkil olunub. Hər yarış günü məşqçilər üçün seminarlar keçirilir”.R.Əbdürəhmanov açıq Azərbaycan çempionatı haqqında məlumat verərək bildirib ki, yarışa yerli idmançılarla yanaşı, Qazaxıstandan 4, Gürcüstandan 35 atlet qatılıb. Baş məşqçi yarışın təşkilində verilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə, Azərbaycan Üzgüçülük Federasiyasına və Bakı Su İdmanı Sarayının rəhbərliyinə minnətdarlığını bildirib.xeber100.com