Bu gün Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsini rəhbər tutularaq cari ilin aprel ayında başlanılmış sənəd qəbulu nəticəsində 150 nəfər hüquqşünas vəkil olmaq üçün öz namizədliyini irəli sürmüş və 3 saat davam edən imtahanda bilavasitə 138 nəfər iştirak etmiş, onlardan 106 nəfəri 60 və daha yüksək bal toplamışdır ki, bu da 76,8 faiz təşkil edir.Ən yüksək nəticə göstərən namizəd 94 bal toplamışdır.Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökümət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak etmişdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…