Kolumbiya prezidenti Xuan Manuel Santos və “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC) adlandırılan üsyançı qruplaşmanın başçısı Rodriqo Londonyo Eçeverri ölkədə vətəndaş müharibəsinin başa çatması və sülhün bəyan olunması barədə sazişə imza atıblar. Saziş patrondan hazırlanmış qələmlə imzalanıb. Euronews telekanalı xəbər verir ki, Kartaxena şəhərində keçirilən təntənəli mərasimdə minlərlə insan, o cümlədən Latın Amerikasında yerləşən 15 dövlətin başçısı və BMT nümayəndələri iştirak ediblər. Sənəd FARC qruplaşmasının silahları yerə qoymasını, keçmiş partizanların işi üzrə xüsusi qanun sisteminin yaradılmasını və hökumət tərəfindən torpaq islahatlarının aparılmasını nəzərdə tutur. Kartaxenada baş tutan tarixi mərasim yarım əsirə yaxın davam edən və on minlərlə insanın ölümünə səbəb olan münaqişəyə son qoyub. Münaqişə nəticəsində zərər görən bütün insanlardan səmimi üzr istəyən FARC qruplaşmasının lideri Rodriqo Londonyo Eçeverri bundan sonra siyasi baxışlarını silahsız müdafiə edəcəyinə söz verib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…