Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində bu ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.Nazirlikdən Azərtac-a bildiriblər ki, qeyd olunan müddətdə həmin mərkəzlərə ümumilikdə 16 min 593 müraciət daxil olub.Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 14 min 146 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 min 447 vətəndaşa xidmət göstərilib.Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1129 sənəd (544 məktub, 368 ərizə, 217 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.Müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin diaqnostik qiymətləndirilməsi, ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbul, müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…