Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində bu ilin oktyabrında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.Nazirlikdən Azərtac-a bildiriblər ki, ötən ay həmin mərkəzlərə ümumilikdə 15 min 767 müraciət daxil olub.Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 11 min 218 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə həmin dövrdə 4 min 549 vətəndaşa xidmət göstərilib.Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1.920 sənəd (950 məktub, 660 ərizə, 310 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.Müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi ilə bağlı məsələləri əhatə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…