Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin aprelində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.Nazirlikdən Azərtac-a bildiriblər ki, həmin müddətdə vətəndaşlarla iş bölməsinə ümumilikdə 10.185 müraciət daxil olub.Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 7.357 zəng qəbul edilib.Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2.828 vətəndaşa xidmət göstərilib.Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1.173 sənəd (703 məktub, 456 ərizə, 14 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirmə və ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbul ilə bağlı məsələləri əhatə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…