Vətəndaşların qəbulunda qüsurlar olan dövlət qurumlarının adları açıqlanıb. Bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov deyib. O, məqaləsində qeyd edib ki, Energetika, Müdafiə Sənayesi və Xarici İşlər nazirliklərində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, Mərkəzi Bankın, “Azəristiliktəchizat”, “Aqrolizinq”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Bakı Metropoliteni”, “Azərenerji”, “Azneftkimyamaş”, “Azərkəndtikinti” SC-lərdə, “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatında, Milli Arxiv İdarəsində, Dövlət Mülki Aviasiya Administrasiyasında, Beynəlxalq Bankda, Ticarət və Sənaye, Auditorlar palatalarında, “Azərittifaq”da, Bakı, Daşkəsən, Göyçay, Xızı, Kəlbəcər, Quba, Şabran, Ucar, Zəngilan, digər şəhər və rayon icra hakimiyyətlərində qəbulun təşkilində müəyyən qüsurlar nəzərə çarpır.
Onun sözlərinə görə, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən 170 dövlət orqanında vətəndaşların qəbulu vəziyyəti ilə yanaşı, 2016-cı ilə dair qəbul cədvəlləri də öyrənilib. Əvvəlki illərdə olduğu kimi, bu il də hər həftə yerli icra hakimiyyəti orqanları tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi planlaşdırılır.
İqtisadiyyat Nazirliyi, Xətai, Nərimanov, Nəsimi, Ağdaş, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Göygöl, Xaçmaz, Xocavənd, Kürdəmir, Qazax, Qobustan, Laçın, Saatlı, Sabirabad, Samux, Şəmkir, Zərdab rayon icra hakimiyyətləri və digər qurumlar tərəfindən qəbul məsələləri, o cümlədən cədvəllərin tərtibi daha yaxşı təşkil edilib. Həmin cədvəllərdə qəbul saatına məhdudiyyət qoyulmur, qəbulun yeri və vaxtı, onun təşkilini həyata keçirən səlahiyyətli şəxslərin əlaqə nömrələri öz əksini tapır.
Bununla yanaşı, bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, digər təşkilatlarda qəbulun təşkilində narahatlıq doğuran məsələlərdən biri odur ki, ayrı-ayrı hallarda yerlərdə qəbul cədvəlləri bəzən formal xarakter daşıyır, onların tərtibinə lazımınca fikir verilmir. Halbuki, qəbul cədvəllərinin düzgün tərtib edilməsi qəbulun yaxşı keçirilməsində əsas şərtdir. Qəbul cədvəllərini təhlil edərkən aydın olur ki, bəzi iş günlərində qəbul nəzərdə tutulmur, qəbul saatları ya göstərilmir, ya da son dərəcə qısa vaxtla məhdudlaşdırılır, əlaqə nömrələri qeyd edilmir və digər qüsurlara yol verilir.
Son illər ərzində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının internet saytlarının yaradılması və yeni proqram təminatlarının tətbiqi vətəndaşların qəbulu işinin asanlaşdırılmasına və səmərəli nəticələr əldə olunmasına gətirib çıxarıb. “Dövlət orqanlarının saytlarının monitorinqi göstərir ki, onların çoxu müasir tələblərə cavab versə də, diqqəti cəlb edən qüsurlar da mövcuddur. Bəzi saytlar mütəmadi yenilənmir və lazımi informasiyalarla təchiz olunmur. Məsələn, Xızı Rayon İcra Hakimiyyətinin saytında qəbul cədvəli 2012-ci ili əhatə edir.
Arxiv işinin Bakı şəhərinin Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal rayonlarında, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Şəki, Şirvan, habelə Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Gədəbəy, Göygöl, Hacıqabul, İsmayıllı, Kəlbəcər, Qazax, Qəbələ, Qobustan, Quba, Masallı, Oğuz, Sabirabad, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Yardımlı, Zaqatala, Zərdab, digər şəhər və rayonlarda daha yaxşı təşkil olunduğunu demək olar. Bəzi şəhər və rayon icra hakimiyyətləri 2009–2010-cu illərə aid sənədləri təhvil versələr də, onların hesabatlarında arxiv işi ilə bağlı, o cümlədən sənədlərin Dövlət Arxivinə təhvil verilməsi, mühafizəsi, istifadəsi haqqında məlumatlar mövcud vəziyyəti tam əks etdirmir və müəyyən qüsurlara yol verilir. Bu baxımdan Bakı, Yevlax, Ağstafa, Füzuli, Göyçay, Xızı, Xocalı, Xocavənd, Kürdəmir, Qax, Salyan, Şamaxı, Ucar və Zəngilan, sair şəhər və rayon icra hakimiyyətləri bu işin icrasına nəzarəti artırmalıdırlar”.anspress.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…