V Asiya Oyunları davam edir

20 Sentyabr 2017 12:11

Xəbər 804 dəfə oxunub

Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir.Azərtac xəbər verir ki, Oyunların dördüncü günündə – sentyabrın 20-də idmançılar 3×3 basketbol, kəmər güləşi, bilyard, atçılıq, futzal, tennis, atletika, ciu-citsu, kuraş, muay-tay, taekvondo, velosiped idmanı və ağırlıqqaldırma yarışlarında mübarizə aparırlar.Bu gün 37 dəst medal sahibini tapacaq.Qeyd edək ki, “Aşqabad-2017″də 6 min atlet 21 idman növü üzrə mübarizə aparır.xeber100.com