İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin və 2021-ci ildə Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə Komitəsinin birgə videokonfransı keçirilib.Bu barədə Azərtac-a həmin toplantıda iştirak edən Milli Məclisin deputatı, İHİF İcraiyyə Komitəsinin və V İslam Həmrəyliyi Oyunları Əlaqələndirmə Komissiyasının üzvü Könül Nurullayeva məlumat verib.K.Nurullayeva bildirib ki, hazırda dünya koronavirus pandemiyasına qarşı ciddi müqavimət göstərməklə həyata davam etməyə çalışır. Pandemiya səbəbindən bütün dünyada yerli və beynəlxalq konfranslar, görüşlər, seminarlar onlayn şəkildə həyata keçirilir. Videokonfransda bir sıra nüfuzlu şəxslər, o cümlədən İHİF-in prezidenti şahzadə Əbdüləziz bin Türki əl-Faysal, Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, eləcə də Milli Olimpiya komitələrinin (MOK) prezidentləri, İHİF İcraiyyə Komitəsinin və Əlaqələndirmə Komissiyasının üzvləri iştirak ediblər. Konfransda 2021-ci ildə Konyada keçirilməsi planlaşdırılan V İslam Həmrəyliyi Oyunlarının tarixinin koronavirus pandemiyası səbəbindən dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunub və bu barədə müxtəlif təkliflər səsləndirilib. Videokonfrans iştirakçıları tərəfindən yarışların gələn il keçiriləcək “Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarından sonra təşkil edilməsi təklifi bəyənilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…