Rusiya Federasiyasının (RF) paytaxtında V Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində forum keçirilir.RF-nin Təhsil və Elm Nazirliyi ilə UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu tərəfindən birgə təşkil olunan “Dayanıqlı inkişaf məqsədləri 4: təhsildə İKT tətbiqi məsələlərinə dair qlobal dialoq” mövzusunda keçirilən nazirlərin forumunda təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, foruma RF hökuməti sədrinin müavini Olqa Qolodets, təhsil və elm naziri Olqa Vasilyeva, təhsil və elm nazirinin müavini Pavel Zenkoviç, UNESCO-nun təhsildə İKT-nin tətbiqi üzrə bölməsinin rəhbəri Fenqçun Miao, bir sıra dövlətlərin və beynəlxalq təşkilatların təhsil üzrə rəhbər şəxsləri, pedaqoqlar və metodistlər qatılıblar.Ümumilikdə, V Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində təxminən min tədbir keçiriləcək. Bu tədbirlərdə mindən çox ekspertin, 400 eksponentin və 60 mindən çox ziyarətçinin iştirakı nəzərdə tutulub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…