Rusiya Prezidenti Vladimir Putinin növbəti müddətə namizədliyi “Vahid Rusiya” partiyası tərəfindən irəli sürülməyəcək. Dövlət başçısı seçkilərdə müstəqil namizəd kimi iştirak etmək qərarına gəlib.Azərtac xəbər verir ki, Putin bu qərarını illik böyük mətbuat konfransında bəyan edib. Namizədliyin forması barədə “Kommersant” qəzetinin müxbirinin sualını cavablandıran Rusiya Prezidenti deyib ki, namizədliyini özü irəli sürəcək.“Mən, əlbəttə, ölkənin inkişafında mənim baxışlarımı bölüşən, mənə inanan siyasi qüvvələrin dəstəyinə çox güvənirəm, ümumilikdə isə vətəndaşların geniş dəstəyinə güvənirəm”, – deyə Vladimir Putin əlavə edib.RF prezidenti mətbuat konfransının əvvəlində bildirib ki, onun seçkiqabağı proqramı, demək olar, yazılıb, amma indi onu açıqlamağın vaxtı deyil.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…