Xatirə turnirində iştirak edəcək heyət açıqlanıb

7 Yanvar 2017 12:05

Xəbər 824 dəfə oxunub

Sankt-Peterburqda keçiriləcək Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.Azərtac xəbər verir ki, 1999-cu il təvəllüdlü futbolçulardan ibarət millimizin heyətində “İnter” və “Neftçi” klublarının oyunçuları çoxluq təşkil edir.Heyətdə K.İbrahimov, R.Daşdəmirov, İ.Əliyev, B.Həziyev, P.Mehdiyev (hamısı “Neftçi”), M.Qayalı, Y.Həsənov, R.Qarayev, C.Muxtarlı, İ.Qədirzadə, R.Məhərrəmli (hamısı “İnter”), S.Əhmədov (“Sumqayıt”), M.Popov, Ə.Sadıxov, F.Nəbiyev (hamısı “Qəbələ”), H.Seylığlı, M.Gülər (hər ikisi “Beşiktaş”, Türkiyə), İ.Karakaş, D.Öksüz (hər ikisi “Trabzonspor”, Türkiyə) və B.Ekincier (“Rot-Vayss Essen”, Almaniya) yer alıblar.xeber100.com