Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin (AVMA İB) təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən, qeyri-formal şəraitdə valideyn dinləmələri, məktəb iştirakçılarının təhsil müzakirələri və yay təlim-istirahətinin təşkilinə həsr olunan “Valideynləri dinləyək, əməkdaşlığı gücləndirək” layihəsinə başlanılıb. AVMA İB-dən Azərtac-a bildiriblər ki, layihənin məqsədi qeyri-formal şəraitdə valideynlərin pedaqoji maariflənməsinə, valideyn dinləmələri keçirməklə onların problemlərinin öyrənilməsinə şərait yaratmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün məktəb-valideyn əməkdaşlığının təkmilləşdirlməsi modellərini ortaya qoymaqdır. Layihə çərçivəsində may-iyun aylarında Şəmkir, İmişli, Astara və Bakıda valideyn, şagird və müəllimlərin iştirakı ilə valideyn dinləmələri və sorğular keçiriləcək, qeyri-formal şəraitdə təlimlər və istirahətlər təşkil ediləcək. Həmçinin Astarada təhsil mütəxəssisləri və məktəb kollektivinin iştirakı ilə təhsilin aktual problemlərinə dair əlaqələndirmə şurasının iclası keçiriləcək, iştirakçıların istirahəti və ekskursiyaları təşkil ediləcək. Ekskursiyalar zamanı layihə iştirakçılar mədəniyyət abidələri və qeyri-formal təhsil yaradıcı mərkəzlərlə tanış olacaqlar. Media və təhsil nümayəndələrinin iştirakı ilə layihənin yekununa dair mətbuat konfransının keçirilməsi də nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…