Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, çempionatın ikinci günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparırlar.Millimizin üzvü Əhmədnəbi Qvarzatilov (61 kq) startda Almaniya güləşçisi Viktor Lizeni vaxtından əvvəl qalib gəlib. Dörddəbir final mərhələsinə yüksələn güləşçimizin rəqibi ukraynalı Andrey Celep olacaq.Əşrəf Aşırov (74 kq)üçün Avropa çempionatında debüt uğurlu alınmayıb. Həmyerlimiz ilk mərhələdə türk həmkarı Fazlı Eryılmaza minimal fərqlə uduzub.Güləşçimiz Hacımurad Məhəmmədsəidov (86 kq) səkkizdəbir finalda ikiqat Avropa çempionu və dünya üçüncüsü Artur Nayfonova məğlub olub.Osman Nurməhəmmədov (92 kq) ilk görüşdə alman güləşçi Robin Ferdinand üzərində inamlı qələbə qazanıb. Dörddəbir finalda təmsilçimiz Bolqarıstan güləşçisi Axmed Maqamayev ilə qarşılaşacaq.Qeyd edək ki, millimizin üzvlərindən Turan Bayramov (70 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq), Rəşad Yusifli (79 kq) və Şamil Zubairov (97 kq) bürünc medal uğrunda xalça üzərinə çıxacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…