Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq) qitə birinciliyinə inamlı qələbə ilə start verib. Dünya və Avropa çempionumuz Bolqarıstan güləşçisini elə ilk hissədə məğlubiyyətə uğradıb. Dörddəbir finala yüksələn güləşçimizin rəqibi gürcüstanlı Nuqzari Tsurtsumia olacaq.Güləşçimiz Taleh Məmmədov ilk görüşdə bolqar həmkarına qalib gəlib. Dörddəbir final mərhələsində idmançımız Qraçya Poqosyan (Ermənistan) ilə qarşılaşacaq.Millimizin üzvü Sənan Süleymanov (77 kq) səkkizdəbir finalda finlandiyalı rəqibini vaxtından əvvəl üstələyib. İdmançımızın növbəti rəqibi Yunus Əmrə Başar (Türkiyə) olacaq.Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…