Aprelin 19-da Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürəcək.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, qitə birinciliyinin ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar.Aprelin 18-də güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib və yığmamızın üzvlərinin ilk rəqibləri müəyyənləşib.Güləşçilərimizdən Əfqan Xaşalov (57 kq) yunanıstanlı Yannis Martidis, Əhmədnəbi Qvarzatilov (61 kq) Almaniya təmsilçisi Viktor Lizen, Əli Rəhimzadə (65 kq) ermənistanlı Gevorq Tadevosyan, Turan Bayramov (70 kq) Nikolae Koyokaru (Böyük Britaniya), Əşrəf Aşırov (74 kq) türkiyəli Fazlı Eryılmaz, Rəşad Yusifli (79 kq) Polşa güləşçisi Andrey Sokalski, Hacımurad Məhəmmədsəidov (86 kq) Artur Nayfonov (Rusiya), Osman Nurməhəmmədov (92 kq) almaniyalı Robin Ferdinand, Şamil Zubairov (97 kq) isə rumıniyalı Albert Saritov ilə qarşılaşacaq.Qeyd edək ki, aprelin 19-da 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində mübarizəyə start veriləcək. Digər çəkidə güləşənlər isə növbəti gün xalça üzərinə çıxacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…