Bu ilin ilk rübündə 2015-ci ilin eyni dövrü ilə müqayisədə Rusiya təbii qazının qiymətlərinin 50 faiz azaldığı açıqlanıb. Rusiyanın “Vedomosti” qəzeti Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsaslanaraq cari ilin birinci rübündə Almaniyanın sərhəd bölgəsində Rusiya qazının 2015-ci ilin eyni dövrünə görə 50,2 faiz azalaraq 1000 kubmetr qaz üçün 167,6 dollara düşdüyünü xəbər verib. Bu ilin martında isə təbii qazın müqavilə orta qiymətlərinin fevral ayı ilə müqayisədə 14,6 faiz azalaraq 100 kubmetr qaz üçün 147,2 dollar olub. Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri Avropa bazarında Rusiya qazının qiymətlərinin ucuzlaşmasına əsas səbəb kimi 2015-ci ildən etibarən neft qiymətinin aşağı düşməsini göstərirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…