Velosiped İdmanı Federasiyasının məlumatı

11 Dekabr 2017 13:03

Xəbər 774 dəfə oxunub

“Gənc Velosipedçilər” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının, BMT-nin Əhali Fondunun və Biləsuvar rayon gənclər və idman idarəsinin dəstəyi ilə dekabrın 11-14-də seminar və veloyürüş keçiriləcək.Azərbaycan Velosiped İdmanı Federasiyasından Azərtac–a bildirilib ki, Biləsuvar rayonunun Xırmandalı və Aşağı Cürəli kəndlərində, o cümlədən rayon mərkəzində yaşayan və velosiped idmanı ilə maraqlanan qızlar və oğlanlar üçün “Sağlam həyata doğru və velosiped idmanında gender bərabərliyi” mövzusunda dörd günlük seminar-təlim təşkil olunacaq. Seminarın sonunda iştirakçılar təşkil olunacaq veloyürüşdə mübarizə aparacaqlar.xeber100.com