Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Qara Dəniz Turu”na yekun vurulub.Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, sonuncu, 3-cü mərhələdə də inamla çıxış edən velosipedçilərimiz bununla da Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xallarımızı bir xeyli artırıblar.İlk 2 mərhələdə müvafiq olaraq 2-ci və 3-cü olan Samir Cəbrayılov bu dəfə 170 km məsafəni 3 saat, 45 dəqiqə, 55 saniyəyə keçən 10 nəfərlik qrupun içində yer alıb və fotofinişə əsasən 4-cü olub. Məhz bu nəticə təmsilçimizə ümumi təsnifatda 2-ci yerini qorumağa və bununla da Olimpiadaya 30 lisenziya xalı qazanmağa imkan verib. Samir 1-ci və 2-ci mərhələlərdə ölkə reytinqinə müvafiq olaraq 3 və 1 xal da əlavə edib.Milli komandamızın digər üzvü Elçin Əsədov isə “Qara Dəniz Turu”nu ümumi təsnifatda 10-cu yerdə başa vurmaqla reytinqimizi daha 3 xalla zənginləşdirib.Xatırladaq ki, mayın əvvəlində Türkiyədə keçirilən digər bir yarış – “Tour of Mesopotamia”da da Elçin Əsədov ümimi təsnifatda 10-cu olmaqla 3 reytinq xalı qazanmışdı.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…