Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) təşkilatçılığı ilə velosiped məşqçiləri üçün birinci dərəcəli texniki kurslar öz işinə başlayıb.AVİF-dən Azərtac-a bildiriblər ki, Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə həyata keçirilən bir həftəlik kurslar Respublika Velotrekində təşkil olunub.Layihənin əsas məqsədi beynəlxalq dərəcəli velosiped məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Məşğələlər Beynəlxalq Velosipedçilər İttifaqının müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Jan Jak Anri tərəfindən keçirilir.Layihədə, ümumilikdə 20 məşqçi iştirak edir. Noyabrın 18-dək davam edəcək kursların yekununda iştirakçılara beynəlxalq dərəcəli sertifikatlar təqdim olunacaq.Təlimin iştirakçıları arasında “Olimpiya Hərəkatı-2017” layihəsinin məşqçiləri də var. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, həmçinin Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı “Coca-Cola” şirkəti tərəfindən birgə həyata keçirilən “Olimpiya Hərəkatı” proqramının əsas məqsədi məktəblilər arasında atletika, velosiped idmanı, basketbol 3×3, voleybol 2×2 və badminton idman növləri üzrə yarışlar keçirməklə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…