Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) təşkilatçılığı ilə fərdi və kriterium ötüşməsi üzrə Bakı çempionatı keçirilib.Azərtac xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə keçirilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı mübarizə aparıb.Qala qəsəbəsində təşkil olunan fərdi ötüşmədə Respublika Olimpiya Ehtiyatları Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin (ROEİUGVİM) üzvləri Nəcəf Bağırov, Nikita Sitov, Kamran Mirzəxanov və Ayan Xankişiyeva müvafiq olaraq Gənclər, U-17, U-15 və qızların mübarizəsində birinci yeri tutublar. Yalnız 15 yaşadək qızlar arasında 1-ci yerə 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (7 İOEUGİM) təmsilçisi İradə Abdurəhimova layiq görülüb.Veloparkda keçirilən kriterium ötüşməsinə gəlincə, burada Respublika Olimpiya Ehtiyatları Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin velosipedçiləri Əli Qurbanov, Nikita Sitov və Ayan Xankişiyeva digər rəqiblərindən daha yaxşı çıxış ediblər. Qaliblər AzVİF və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…