Velosiped idmanı üzrə Avropa çempionatı təxirə salınıb

2 May 2020 18:56

Xəbər 616 dəfə oxunub

İtaliyanın Trento şəhərində velosiped idmanı üzrə Avropa çempionatı koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb.Azərtac xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Qitə çempionatının əvvəlcə 2020-ci ilin sentyabrın 9-dan 13-dək keçirilməsi planlaşdırılmışdı.Avropa çempionatının 2021-ci il sentyabrın birinci yarısında keçirilməsi nəzərdə tutulub. Dəqiq tarixlə bağlı son qərarı Beynəlxalq Velosipedçilər İttifaqı verməlidir.xeber100.com