Velosiped idmanı üzrə yarışlar keçiriləcək

23 İyul 2019 11:02

Xəbər 625 dəfə oxunub

Bu gün XV Avropa Gənclər Olimpiya Festivalında qızlar və oğlanlar arasında velosiped idmanı üzrə yarışlar keçiriləcək.Azərtac xəbər verir ki, 95 oğlan və 75 qız idmançı fərdi şose yürüşündə (50 km) və velokrossda (10 km) medallar uğrunda mübarizə aparacaqlar. Əvvəlcə qızların yarışı başlayacaq. Azərbaycanı Lalə Əbdürrəhmanova, Gülşən İsmayılova və Məleykə İsgəndərova təmsil edəcəklər. Oğlanlar arasında yığma komandamızda medallar uğrunda Nofəl Nuriyev, Nikita Sitov və Mustafa Muxtarlı mübarizə aparacaqlar.xeber100.com