Velosipedlərin XXVIII Beynəlxalq sərgisi açılıb

7 May 2018 13:56

Xəbər 698 dəfə oxunub

Bu gün Şanxaydakı Milli Sərgi Mərkəzində Çində istehsal edilmiş velosipedlərin və motonəqliyyatın XXVIII Beynəlxalq sərgisi açılıb. Sahəsinə və iştirakçılarının sayına görə əvvəlki sərgiləri geridə qoymuş budəfəki sərgidə 10 ən yaxşı mal “Çin velosiped sənayesində innovasiyalar” mükafatı ilə təltif edilib.“Sinxua” Agentliyi xəbər verir ki, “İntellektual istehsal – dünya ilə bölüşürük” şüarı altında keçən sərgi mayın 9-dək davam edəcək.Sərginin sahəsi təxminən 180 min kvadratkilometrdir ki, bu da ötən ildəkindən 20 faiz böyükdür. 7500 stendin nümayiş etdirildiyi sərginin 2000-dək iştirakçısı var. Bu, gözəçarpan artımdır.Mükafatların təqdimatı artıq 7 ildir ki, keçirilir. 10 ən yaxşı məhsul Çində velosipedlər üçün layihələndirmə, istehsal texnologiyası və materiallar sahəsi üzrə tədqiqat fəaliyyətində innovasiya və transformasiyanı nümayiş etdirir.xeber100.com