Venesuela bundan sonra Amerika Dövlətləri Təşkilatında (ADT) təmsil olunmayacaq.“Gazeta.ru”-nun verdiyi xəbərə görə, bunu Venesuelanın prezidenti Nikolas Maduro bəyan edib.Onun sözlərinə görə, hazırda Vaşinqtonda keçirilən ADT-in Baş Assambleyası onun rəhbərlik etdiyi ölkə üçün sonuncu olacaq.“Biz Amerika Dövlətləri Təşkilatının fəaliyyətini pisləyirik və qurumu tərk edirik. Bu artıq təsdiqlənib”, deyə N.Maduro bildirib. O, həmçinin deyib ki, təşkilatda təmsil olunan ABŞ nümayəndələri Latın Amerikası ölkələrinə qarşı şantaj və təhdidlərlə dolu kampaniya aparırlar.Bundan əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo Venesuelanın ADT-də üzvlüyünü dayandırmağa çağırıb. Eyni zamanda ABŞ rəsmisi Venesuelada keçirilən son prezident seçkilərini “saxta” adlandırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…