Latviyada “Venta-1” adlı ilk süni peyk uğurla orbitə çıxarılıb. Bu barədə Ventspils ali məktəbinin nümayəndəsi Aqnese Yekabsone məlumat verib.“Venta-1” peyki Yer kürəsinin aşağı orbitində (LEO), təxminən 505 kilometr yüksəklikdə uçacaq. Peyk sutka ərzində Yerin ətrafında 16 dəfə dövrə vuracaq, lakin ondan gələn siqnalları həmişə qəbul etmək mümkün olmayacaq. Bu siqnallar gündə 2-3 dəfə, hər dəfə təxminən 10 dəqiqə ərzində yaxşı qəbul ediləcək.Ventspils ali məktəbinin komandası peykin buraxılmasını öz radiostansiyasında birbaşa efirdə izləyib. “Venta-1” peykindən gələn siqnallar da həmin radiostansiyada qəbul ediləcək, layihənin baş əlaqələndiricisi Ayqar Krauze isə bu tarixi hadisədə şəxsən iştirak etmək üçün Hindistana yola düşüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…