Vergi ödəyicilərinin vaxtına qənaət etməsi, göstərilən xidmətlərin daha rahat və əlçatan olması məqsədilə Vergilər Nazirliyi tərəfindən mütəmadi olaraq yeni layihələr həyata keçirilir, xidmətlər istifadəyə verilir və ya mövcud xidmətlər elektronlaşdırılır.Vergilər Nazirliyindən Azərtac-a bildirilib ki, tədbirlər planında müəyyənləşdirilmiş tapşırıqların icrası ilə bağlı nazirliyin Vergi ödəyicilərinə xidmət Baş İdarəsi tərəfindən bir sıra layihələr həyata keçirilir. Onlardan biri “Vergi borcu barədə məlumatın verilməsi” elektron xidmətinin tətbiqi ilə bağlıdır. Bu xidmətdən istifadə edən ödəyicilərə nazirliyin Çağrı Mərkəzi vasitəsilə, İnternet Vergi İdarəsinə daxil olmaqla, SMS göndərməklə vergi borcunun öyrənilməsi imkanı yaradılıb. Yaxın vaxtlarda isə nazirliyin rəsmi internet saytında da (www.taxes.gov.az) vergi borcu barədə məlumatın verilməsinə şərait yaradılacaq və bu xidmətin bir ad altında – “Vergi borcu barədə məlumatın verilməsi” kimi elektron xidmətlər reyestrinə daxil edilməsi nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…