Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərdə vergi borcu ilə bağlı bir sıra yeniliklər təsbit olunub.Azərtac “vergiler.az” saytına istinadla bildirir ki, vergi borclarının dövlət büdcəsinə alınmasının tam həcmdə və operativ təmin edilməsi məqsədilə vergiödəyicisinin siyahıya alınmış əmlakının icra məmurunun sifarişi əsasında elektron hərrac vasitəsilə satılması, vergiödəyicisinin siyahıya alınmış əmlakının satışından əldə olunan vəsait barədə, habelə siyahıya alınmış əmlakların satılması üçün icra məmurları tərəfindən edilmiş sifarişlər üzrə rüblük məlumatların vergi orqanlarına elektron şəkildə təqdim edilməsi də bu yeniliklər sırasındadır.Bundan əlavə, Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklərə görə, Azərbaycanda qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cərimə ödəməklə məsuliyyətdən azad olunacaqlar.Belə ki, qanunsuz sahibkarlıqla məşğul olan şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı.Həmçinin əvvəllər vergi və gömrük rüsumlarından 2000 manat məbləğində yayınan sahibkarlar cinayət məsuliyyətinə cəlb edilirdi. Yeni qanun qüvvəyə mindikdən sonra cinayət məsuliyyəti yaradan hədd 10 dəfə artırılaraq 20.000 manat olub. Yəni 20.000 manata qədər vergi və gömrük rüsumlarından yayınan şəxslər artıq cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb ediləcəklər.İlk dəfə böyük ictimai təhlükə törətməyən qanunsuz sahibkarlıq və ya yalançı sahibkarlıq cinayətlərini törətmiş şəxslər əldə etdikləri qanunsuz gəliri və ya vurduqları ziyanı dövlət büdcəsinə tamamilə ödədikdə məsuliyyətdən azad edilirlər. Bu dəyişikliklər nəticəsində ümumilikdə 24 maddədə sahibkarların məsuliyyəti yüngülləşdirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…