Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında qəbul edilib.Azərtac xəbər verir ki, parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Məcəlləyə edilən dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, qanun layihəsində ödəmə qabiliyyətini itirmiş bankların sağlamlaşdırılması tədbirləri çərçivəsində qeyri-işlək aktivlərin təqdim edilməsinin 2017-ci il yanvarın 1-dən üç il müddətində ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Bundan başqa, Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə yaradılan icbari tibbi sığorta və səhiyyə xidmətləri göstərən qurumların gəlirlərinin mənfəət vergisindən müddətsiz, buğdanın idxalının və satışının, buğda ununun və çörəyin istehsalının və satışının, quş ətinin satışının üç il müddətində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalar layihəyə daxil edilib.Qeyd edilib ki, banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti beş ilə qədər artırılır. Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı, onların dövriyyə vəsaitlərinə qənaət edilməsi, habelə ixracı stimullaşdırmaq məqsədilə ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə artıq ödənmiş vergilərin müddətinin 45 gündən 20 günədək endirilməsini əks etdirən düzəlişlər də qanun layihəsində öz əksini tapıb. Həmçinin layihədə topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarlar da müəyyən edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…