Aprelin 15-də Dövlət İmtahan Mərkəzinin (DİM) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə vergi orqanlarına işə qəbul olunmaq istəyənlər üçün test imtahanı keçiriləcək.DİM-dən Azərtac-a bildiriblər ki, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” əsasnaməyə müvafiq qaydada təşkil edilən imtahan Bakı Dövlət Universitetində saat 11:00-da başlanacaq.Namizədlər “İmtahana buraxılış vərəqəsi”ini aprelin 14-də saat 18:00-dək Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, akademik Landau küçəsi, 16) əldə edə bilərlər.İmtahanda iştirak etmək üçün 1.324 namizəd qeydiyyatdan keçib. Prosesin idarə edilməsi üçün 123 nəzarətçi-müəllim, 13 imtahan rəhbəri ayrılıb. İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur ki, onlardan 80-i qanunvericilik, 10-u informatika sahələri üzrə, digərləri isə məntiqi nəticə çıxarmaq bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur. Qanunvericilik üzrə suallar Vergilər Nazirliyi, digər suallar isə DİM tərəfindən hazırlanır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…