Aprelin 15-də Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrindəki vakant vəzifələrə işə qəbulla bağlı test imtahanı keçirib.Müsabiqədə iştirakla bağlı 1444 nəfər vətəndaş müraciət edib, onlardan vakant vəzifələrin tələblərinə uyğun olan 1324 nəfəri namizəd qismində müsabiqədə iştiraka buraxılıb.Məlumatda həmçinin qeyd olunub ki, müsabiqə test imtahanı və müsahibə olmaqla iki mərhələdə keçirilib.Qanunvericiliyə uyğun olaraq, test imtahanında uğur qazanmış namizədlər müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılırlar. Müsahibələrdə namizədlərin ümumi dünyagörüşü, onların müvafiq sahədə bilikləri və onları tətbiq etmək bacarıqları yoxlanılır. Şəffaflığın təmin edilməsi üçün müsahibə kollegial şəkildə – Müsabiqə Komissiyası tərəfindən aparılır, bu zaman audio-video çəkilişdən istifadə edilir.Müsahibədə uğur qazanan namizədlər dövlət vergi orqanlarının ehtiyat kadrlar siyahısına daxil ediləcək və onların vakant vəzifələrə təyinatı üzrə müvafiq tədbirlər görüləcək. Müsahibənin nəticələri nazirliyin internet saytı vasitəsi ilə ictimaiyyətə açıqlanacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…