Oktyabrın 21-də Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarında işə qəbulla bağlı test imtahanı keçirib.Vergilər Nazirliyi tərəfindən mövcud vakant vəzifələrə işə qəbul üzrə növbəti müsabiqə elan edilib.Bu barədə Azərtac-a nazirliyin Media və Kommunikasiya Mərkəzindən açıqlama verilib.Məlumata əsasən, müsabiqəyə sənəd qəbulu bu il avqustun 30-dan sentyabrın 13-dək elektron ərizə formasında aparılıb.Müsabiqə elanı KİV-də, o cümlədən Vergilər Nazirliyinin rəsmi internet saytında, habelə “Facebook” və digər sosial səhifələrdə yerləşdirilərək ictimaiyyətə açıq elan edilib. Elanda sənəd qəbulu, müsabiqənin keçirilməsi şərtləri və qaydaları barədə ətraflı məlumat öz əksini tapıb.Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmağına imkan yaratmaq məqsədilə test imtahanında istifadə olunan sualların tərtib edildiyi ədəbiyyat siyahısı nazirliyin internet saytı vasitəsilə namizədlərə çatdırılıb.Müsabiqədə iştirakla bağlı 1480 nəfər müraciət edib, onlardan vakant vəzifələrin tələblərinə uyğun olan 985 nəfəri namizəd qismində müsabiqəyə buraxılıb.Müsabiqənin test imtahanı və müsahibə olmaqla iki mərhələdən ibarət olub. Qanunvericiliyə əsasən, test imtahanında uğur qazanmış namizədlər müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılacaqlar. Müsahibələrdə namizədlərin ümumi dünyagörüşü, müvafiq sahədə bilikləri və onları tətbiq etmək bacarıqları yoxlanılır. Həmçinin, şəffaflığın təmin edilməsi üçün müsahibə kollegial şəkildə – Müsabiqə Komissiyası tərəfindən aparılır, müsahibələrdə audio-video çəkilişdən istifadə edilir. Müsahibənin nəticələri nazirliyin internet saytı vasitəsi ilə ictimaiyyətə açıqlanır. Qeyd olunub ki, müsahibədə uğur qazanan namizədlər dövlət vergi orqanlarının ehtiyat kadrlar siyahısına daxil ediləcək və onların vakant vəzifələrə təyinatı üzrə müvafiq tədbirlər görüləcək. İmtahanın nəticələri nazirliyin internet saytı vasitəsi ilə ictimaiyyətə elan olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…