2017-ci il yanvarın 1-dən etibarən Vergilər Nazirliyi intizamlı vergiödəyiciləri üçün “Yaşıl dəhliz” prinsipi əsasında fərdi və sürətli xidmətlərin göstərilməsinə başlayacaq. Bu məqsədlə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində Şəffaf vergi partnyorluğu idarələri yaradılıb.Vergilər nazirinin müşaviri, nazirliyin Vergiödəyicilərinə xidmət baş idarəsinin rəisi Ələkbər Məmmədov sözügedən idarələrin fəaliyyəti və vergiödəyicilərinə göstəriləcək xidmətlərlə bağlı Azərtac-a məlumat verib.Ə.Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamı ilə vergiödəyicilərinin hüquqlarının qorunması, vergi orqanları ilə vergiödəyiciləri arasında münasibətlərin daha şəffaf qurulması və yüksək səviyyəyə çatdırılması əsas hədəflərdən biri kimi müəyyən edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…