“2019-cu il üçün vergi qanunvericiliyinə dəyişiklik paketi hazırlanıb”.
“Apa-Economics”in məlumatına görə, bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov deyib.“Məlumdur ki, dövlətin əsas hədəfləri gəlir və vergi siyasətinin, biznes mühitinin yaxşılaşdırılması, əlverişli vergi mühitinin yaradılmasıdır. Vergi orqanının və ödəyicisinin arasında portnyorluğun yaxşılaşdırılmasıdir ki, burada etibarlılıq mühitinin yaradılması əsas şərtdir. Məhz bu məqsədlə hər il qanunvericilikdə edilən dəyişikliklər sahibkarlıq mühinin yaxşılaşdırılması, vergi yükünü optimallaşdırılması, vergi nəzarəti mexanizmlərinin həyata keçirilməsindən ibarətdir”, – deyə N.İmanov vurğulayıb.N.İmanov qeyd edib ki, 2017-ci ildə vergi qanunvericiliyində dəyişiklik həyata keçirilməyib: “2016-cı ilin dekabr ayında böyük bir paket dəyişilkliklər olub. Böyük dəyişiklikdən sonra ən azı 1 il gözləmək lazımdır ki, bu, öz effektini göstərsin. Əlbəttə qanunvericiliyin tez-tez dəyişməsi məqsədimiz deyil. Ancaq qanunvericilikdə olan müəyyən qaydaların dəyişilməsi uyğunlaşma xarakterlidir. 2018-ci il üçün dəyişiklik olmasa da 2019-cu il üçün dəyişiklik paketi hazırlanıb. Qarşıda duran bu məqsədlərə çatmaq üçün şəffaf mühitin olması zərurudir. Dövlət orqanı və sahibkar arasıda ədalətlilik prinsipi olmalıdır. Vergi nəzarətinin sahibkar tərəfindən bəyan edilməsi əsas məqsəddir. Məhz bu məqsədlə də bir neçə normativ sənədlər təsdiq olunub. Əldə edilmiş gəlir və xərclərin uçotunun aparılması, elektron- qaimə fakturaların tətbiqi artıq oz effektini göstərir. Sahibkarlar artıq anlayırlar ki, vergini yayındırmaq olmaz. Dövlət orqanı nə qədər açıq olsa, şəffalıq mühiti, vergi nəzarəti tədbirlərinin azalmasına şərait yaratmış olarlar”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…