2016-cı il ərzində vergi orqanlarına 87 min 438 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,8 faiz azdır. Müraciətlərdən 95,7 faizi ərizə, 4,1 faizi şikayət, 0,2 faizi təklifdir.Bu barədə Azərtac-a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib.Müraciətlərin 45,3 faizi müxtəlif arayışların alınması, 23,7 faizi kameral vergi yoxlamaları, 7,2 faizi vergi borcları, 3,6 faizi vergidən yayınma, dividendlərin verilməsi, nağd hesablaşmaların aparılması qaydalarının pozulması və qanunsuz sahibkarlıq fəaliyyəti, 1,9 faizi səyyar vergi yoxlamaları, 0,5 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), qalanları isə digər məsələlərlə bağlı olub.Bütün müraciətlərə vaxtında baxılıb, onların 71,9 faizi müsbət həll olunub.Hesabat dövründə vergi orqanlarında ümumilikdə 4630 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…