“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında ölkə Prezidentinin Fərmanından irəli gələn tapşırıqların, habelə Vergilər Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Vergi sahəsində aparılan islahatların tətbiqi ilə bağlı Tədbirlər Planı”nın icrasına dair nazirliyin Kollegiyasının qərarı ilə bir sıra sənədlərin formaları və tərtib edilməsi qaydaları, o cümlədən “Vergi Məcəlləsinin 149.1.3-cü maddəsində göstərilən qeyri-rezident şəxsin təyin etdiyi vergi agenti barədə arayış” forması təsdiq edilib.Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Azərtac-a bildirilib ki, qanunvericilikdə “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat” forması və tərtib edilməsi qaydaları, “Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi”nin forması, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” forması, “Daşınmaz əmlakın icarəsi ilə bağlı aparılmış notariat əməliyyatları barədə məlumat” forması, “Səhmlərinin və paylarının nəzarət zərfi dövlətə məxsus olan dövlət (büdcə) təşkilatları onlara dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlər barədə məlumat” forması da təsdiq olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…