Təqaüdçülər yaşadığı evə və torpağa görə qanunla bələdiyyə vergisi ödəməlidirlərmi?Azərtac-ın məlumatına görə, bu suala Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən cavab olaraq bildirilib ki, fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinə görə torpaq vergisi və xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən binalara görə əmlak vergisi Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə hesablanaraq yerli (bələdiyyə) büdcəyə ödənilməlidir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, təqaüdçülərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.Torpaq vergisi üzrə isə təqaüdçülərə vergi güzəştinin məbləği Vergi Məcəlləsi ilə müəyyən edilməyib. Bununla yanaşı, bələdiyyələr yerli vergiödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək barədə qərar qəbul edə bilərlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…