Vertiqo hər yaşda müşahidə edilə bilər

6 Fevral 2016 14:31

Xəbər 2482 dəfə oxunub

Tarazlıq pozulması ilə özünü göstərən vertiqo (baş gicəllənməsi) hər yaşda müşahidə edilə bilər. Hətta müalicə edilmədikdə xəstəni yatağa salacaq vəziyyətə gətirib çıxara bilən narahatlıqdır. Gündə bir neçə dəfə başınız gicəllənirsə və gündəlik ritminiz pozulursa, deməli, sizdə başgicəllənməsi problemi var. Aile.lent.az türkiyəli həkim Kenan Bıkıcının baş gicəllənməsi haqqında fikirlərini təqdim edir.

Vertiqo ciddi qəbul olunub müalicə edilmədikdə iş və həyat tərzinə görülə biləcək formada mənfi təsir edir. Vertiqoya səbəb olan xəstəliklərin bəzi göstəriciləri var. Bunlar qulaq cingildəməsi, ürək bulanması, qusma, tərləmə, görmə pozuntusu, eşitmə qabiliyyətinin itirilməsidir. Əgər vertiqo hər hansı bir infeksion xəstəliklə əlaqədardırsa, qızdırma, yüksək hərarət və hərarət də müşahidə edilə bilər. Həkim vertiqonun xəstəlik yox, gizlində olan xəstəliyin əlaməti olduğunu deyir: “Başgicəllənməsi insanlar arasında tez-tez rast gəlinən narahatlıqlardan biridir. Vertiqo yüngül baş fırlanması və tarazlığın pozulması ilə başlayıb, çox şiddətli və xəstəni yataqdan qalxa bilməyəcək hala salan klinik göstəriciləri var. Sizdə baş gicəllənməsi olub-olmadığını adi bir testlə yoxlaya bilərsiniz. Ayaq üstə dayanıb öz ətrafınızda 2-3 dəqiqə fırlanın və ya önə doğru əyilərək başınızla dairə çəkin. Qısa müddət sonra ətrafınızda hər şey fırlanmağa, özünüzü pis hiss etməyə başlayırsınızsa, deməli, sizdə vertiqo var”.

 

 

Vertiqonun yaranma səbəbləri

 

  1. Benign Paroksismal PozisiyalıVertiqo (BPPV): Başgicəllənməsinin ən çox rast gəlinən səbəblərindəndir. Daxili qulağın içində olan yarımdairə kanallarda yerləşən böyrək daşına oxşayan kristallarla izah edilir. Başın mövqeyindən mənfi təsirlənir və xüsusi manevrlərlə qısa müddətdə düzəldilə bilir.

 

  1. Meniere xəstəliyi:Daxili qulaqda yer alan yarım dairə kanallarındakı mayedə arzuedilməyən bir zərbəyə bağlı olaraq yaranan başgicəllənməsidir. Qulaq cingildəməsi və gedərək özünü daha çox göstərən eşitmə qabiliyyətinin azalması ilə müşahidə edilir. Bu cür hallar qulaq, burun, boğaz həkimlərinin nəzarətində olmalıdır.

 

  1. Vestibulyarneyronit: Əsasən mövsüm keçidlərində müşahidə edilən, bəzi viruslarla əlaqəli olduğu deyilən, az ağrılı, lakin qəfil hücum formasında olan başgicəllənməsi kimi ortaya çıxır. Nevrologiya mütəxəssisləri tərəfindən nəzarət altında saxlanılır.

 

  1. Beyinciyin təsirlənməsi ilə bağlı başgicəllənməsi:Beyinciyi qidalandıran damarlarda qəfil ortaya çıxan tıxanıqlıq və ya beyincikdə qəfil yaranan qanamayla özünü göstərir. Tez-tez damar sərtliyi və ya yüksək təzyiqi olan yaşlı xəstələrdə müşahidə edilir. Xəstələrdə anidən başlayan baş fırlanması ilə yanaşı, yerimədə problemlər, məsafə görüntüsündə pozuntu, baş ağrısı, ürək bulanma və qusma müşahidə edilir. Bu hallarla rastlaşdığınız halda mütləq nevroloqa müraciət edin. Çünki həyati təhlükəli vəziyyətə düşə bilərsiniz.

 

  1. Vertiqinozmiqren: Əsasən orta yaşlı insanlarda baş ağrısı və baş gicəllənməsi ilə müşahidə edilir. Miqrenə bənzər baş ağrısı ilə ortaya çıxır. Müalicəsi miqren müalicəsinə uyğun aparılsa, hər iki problem aradan qalxa bilər.

 

  1. Multipl skleroz:Xüsusən orta və daha gənc yaşlarda başlayan baş gicəllənməsi ilə başlayır. Beyin xəstəlikləri mütəxəssisləri tərəfindən asanlıqla diaqnoz qoyula və müalicə edilə bilər.

 

  1. Tarazlıq sinir şişləri:Son illər cib telefonundan istifadə hallarının artması ilə bağlı yayılan beyin şişidir. Əsasən eşitmə və tarazlıq sərhəddinin keçidlərindən qaynaqlanan şişlərdir. Bu diaqnoz qoyulduğu zaman əməliyyata ehtiyac yarana bilər.

 

  1. Yaralanma:Kəllədə meydana gələn, daxili qulağı da zədələyən bir qırıqdan sonra vertiqoyla birlikdə ürək bulanması və eşitmə qabiliyyətinin itirilməsi də müşahidə edilir. Bu cür baş gicəllənməsi bir neçə gün davam edir.

 

  1. Allergiya:Bəzi insanlar allergiyası olduğu qidaları yedikdə və ya havada yaranan problem onlara təsir etdikdə baş gicəllənməsi yarana bilər. Bunlardan başqa, qocalıq, miqren, depressiya və psixoloji səbəblər də vertiqoya səbəb ola bilər.

 

 

Vertiqodan qorunmağın yolları:

 

Stresdən uzaq olun.

 

İmmunitet sisteminizi qüvvətləndirin. Sağlam və təbii qidalar yeyin. Günə yumurta ilə başlayın. Gündə bir ovuc qoz, badam, fındıq, fıstıq yeyin. Mütləq süd için. Protein tərkibli qidalar yeyin.

 

D vitamini qəbul edin. Günəşli havada olun.

 

Duzu azaldın. Duz daxili qulaqlarda maye artmasına səbəb olur və baş gicəllənməsinə gətirib çıxarır.

 

Bol su için.

 

İdman edin.

 

Başınızı tez-tez və qəfil sağa-sola çevirməyin.

 

Maşını sürətlə sürməyin.

 

Lunaparklardakı yelləncəklərdən uzaq durun

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05